Ziya Məmmədovun "Kalaşnikov"ları nə vaxt susacaq? – VİDEO

Yadınızdadırsa, Bakı sakinlərini bir müddət əvvəl nağıllara inandırmağa çalışırdılar. Dövlət qurumu nəqliyyat sistemindəki vəziyyətin müsbət mənada dəyişəcəyini, islahatları nağılların gerçək olması kimi insanlara sırımaq istəyirdi. Bakıya Nəqliyyatı İntellektual İdarəetmə Sistemi gəlirdi.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov milli.az-a müsahibəsində dəfələrlə demişdi ki, Bakının avtobusları saat kimi işləyəcək. Elə dəqiq ki, daha sərnişinin dayanacaqda dayanmağına ehtiyac olmayacaq. Guya istifadə edəcəyimiz avtobusun dayanacağa çatma vaxtı elə dəqiq olacaq ki, elə evdən çıxıb həmin an birbaşa marşruta minəcəyik.
Namiq müəllimin həmin vədlərinin üstündən artıq bir neçə il keçib. Paytaxt sakinləri intellektual sistemin çəkilməsi üçün küçələrin qazılmasına, saatlarla yollarda vaxtlarını itirməyə dözüblər. Təki saat kimi işləyən mexanizm gəlsin, problemləri bitsin, Bakı normal şəhər nəqliyyatına sahib olsun. "Nağıl" kimi sistem Bakıya gəldi, işə düşdü. İşə düşən intellektual sistem yox, videoda görəcəyiniz eybəcərliklərdir. Maraqlıdır, bizi həsrətlə gözlətdirdikləri intellektual sistem bu idi? Kalaşnikov avtomatı kimi imtinasız şaqqıldayan, beyinləri aparan konduktorlar, yoxsa hələ bir az da gözləyək?
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












