“Şəhidlər xiyabanı üçün əlavə qanuna ehtiyac yoxdur” - Millət vəkili

Milli Məclisin payız sessiyasında Şəhidlər xiyabanında çəkilişlər və digər davranışlarla bağlı daha konkret və sərt tənzimləmələrin zəruriliyi müzakirə oluna bilər.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Metbuat.az"a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bu istiqamətdə əlavə qanun qəbuluna ehtiyac yoxdur:
“Qanunvericilikdə artıq dəqiq müddəalar var və məzarlığa, abidələrə hörmətsizlik hər yerdə eyni qaydada cəzalandırılır. Əgər bu hadisə hər gün, tez-tez baş verən bir hal olsaydı, qanunvericilikdə ayrıca müddəa nəzərdə tutmaq olar idi. Amma təsadüfən bir-iki nəfərin etdiyi hörmətsizlik hamıya aid edilə bilməz. Bu, daimi sosial münasibət deyil ki, ayrıca qanunla tənzimlənməsinə ehtiyac olsun. Onsuz da belə hərəkətlər törədənlər mövcud qanunlara əsasən cəzalarını alırlar”.
Millət vəkili deyib ki, əgər hər şeyi “milli-mənəvi dəyər” kateqoriyasına daxil etsək, o zaman məscidlərdən tutmuş universitetlərə qədər hər bir sahəni ayrıca qanunla qorumaq lazım gələrdi:
“Qanun ümumi qaydaları müəyyən edir: məzara hörmətsizlik etmək olmaz, ictimai yerdə tərbiyəsiz davranmaq olmaz və bu hərəkətlərə görə konkret cəza var. Ona görə də ayrıca əlahiddə qanun qəbul etmək doğru yanaşma deyil. Şəhidlər xiyabanı xalqımız üçün mənəvi kateqoriyadır. Burada hüquqi məcburiyyətdən daha çox insanların öz dəyərləri, mənəvi məsuliyyəti rol oynayır. Azərbaycan xalqı şəhidlərinə dəyər verən xalqdır və qanun olmasa da, bu məkanlara həssaslıq göstərir, hörmətsizlik edənlərə də cəmiyyətin öz münasibətini bildirir. Bu, dövlətin məcbur etməsi ilə deyil, xalqın mənəvi dəyərlərə bağlılığı ilə qorunur”, - deyə Fazil Mustafa fikirlərinə əlavə edib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










