Vətəndaşlar bağlanan banklardan əmanətlərini hansı qaydada qaytara bilərlər? – EKSPERT AÇIQLADI - FOTO

Təsəvvür edin illərlə topladığınız əmanətlər bir anın içində qeyri-müəyyənliyə qərq olur.
Avtosfer.az xəbər verir ki, bankın bağlanması xəbəri yayıldıqda, yüzlərlə vətəndaş narahatlıq içində pullarının taleyini düşünür. Əmanətçilər üçün bu cür hallarda əsas sual budur: “Pulumu geri ala biləcəyəmmi?”
Bankın lisenziyasının ləğvi və ya fəaliyyətsiz elan olunması zamanı əmanətlərin aqibəti dövlətin təminat mexanizmlərinə, konkret olaraq Əmanətlərin Sığortalanması Fondunun tətbiq etdiyi qaydalara əsaslanır. Amma bu prosesin necə baş verdiyi, nə qədər vaxt çəkdiyi və hər kəsin pulunu tam alıb-almayacağı məsələsi bəzən ciddi narahatlıqlara səbəb olur.

Mövzu ilə bağlı iqtisatçı ekspert Rəşad Həsənov saytımıza açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, bankın bağlanması haqqında qərar həmin prosesin başlanğıc tarixi hesab olunur:
"Bu tarixdən etibarən növbəti 7 iş günü ərzində Əmanətlərin Sığortalanması Fondu, sığortalanmış əmanətlərə dair məsuliyyət daşıyan qurum olaraq, əmanətlərin geri qaytarılması prosesi barədə məlumatları ödəmə məntəqələrinin yeri və tarixlərini əhatə edən xüsusi reglamenti rəsmi şəkildə dərc edir.
Məlumatın dərcindən sonra vətəndaşlar müəyyən edilmiş tarixlərdə və göstərilən ünvanlarda əmanətlərini təsdiq edən müvafiq sənədlərlə müraciət edərək geri ödəniş prosesində iştirak edə bilirlər".
Rəşad Həsənov qeyd edib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, sığortalanan əmanətlərin yuxarı həddi 100.000 manatdır.
"Bu o deməkdir ki, bankda olan əmanət və hesablanmış faizlər birlikdə bu məbləği keçmədiyi halda, vətəndaşa tam şəkildə geri ödənilir. Lakin əgər ümumi məbləğ 100.000 manatdan çoxdursa, yalnız bu məbləğə qədər olan hissə qaytarılır.

Məsələn, vətəndaş bankda 100.000 manat məbləğində əmanət yerləşdirib və faizlərini götürməyib. Bankın ləğv edildiyi tarixdə hesablanmış faizlərlə birlikdə onun ümumi alacağı 105.000 manat təşkil edir. Bu halda, sığortalanmış hissə olan 100.000 manat geri qaytarılır, 5.000 manatlıq fərq isə sığortalanmamış əmanət sayılır".
Ekspert həmçinin vurğulayıb ki, sığortalanmayan hissənin geri qaytarılması isə ayrıca bir prosesdir.
"Bu mərhələyə yalnız bankın bütün məcburi öhdəlikləri xüsusilə dövlət qurumlarına olan borcları yerinə yetirildikdən sonra başlanılır. Bankın aktivlərinin reallaşdırılması, kreditlərin toplanması, girovların və əmlakların satışından sonra əldə edilən vəsait qaldıqda, həmin məbləğlər hesabına sığortalanmamış əmanətlərin də ödənişi həyata keçirilir".
Fidan
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...
Sükan arxasında telefonla danışmağa hansı halda cərimə yazılır? – Qanun nə deyir? - VİDEO
Biləcəri dairəsində nəqliyyat sıxlığı necə azaldıla bilər? – TƏKLİF
Dəmir yollarında təhlükəsizliyi artırmaq üçün hansı beynəlxalq təcrübədən istifadə mümkündür? - EKSPERT












